Azərbaycan klubundan ayrılıb Gürcüstan çempionu ilə anlaşdı

Azərbaycan klubundan ayrılıb Gürcüstan çempionu ilə anlaşdı

2025/2026 mövsümü başa çatdıqdan sonra "Araz-Naxçıvan"dan ayrılan Andrey Demçenkonun yeni iş yeri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, ukraynalı mütəxəssis Gürcüstan çempionu "İberiya" klubu ilə 1 illik müqavilə imzalayıb.

Tbilisi təmsilçisi UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Komanda 1-ci təsnifat mərhələsində "Flora" (Estoniya) ilə üz-üzə gələcək.

Xatırladaq ki, "Sabah"ın futbolçusu Andrey Santos dünən icarə əsasında "bayquşlar"ın Konfrans Liqasındakı potensial rəqibi olan bu kluba keçib.