"Qarabağ"da Yankoviç dönəmi bitdi - Superliqa klubuna keçdi
Marko Yankoviç "Qarabağ"dan ayrılıb.
"Mediasport" xəbər verir ki, Monteneqro milli komandasının üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Yarımmüdafiəçi Superliqaya yeni vəsiqə qazanan "Çorum"a keçib.
Tərəflər arasında 2 illik müqavilə razılaşdırılıb.
Xatırladaq ki, 2022-ci ildən Ağdam klubunda çıxış edən Yankoviç son mövsüm ümumilikdə 44 oyuna 5 qol, 4 assistlə yadda qalıb.


