"Araz-Naxçıvan" "Neftçi" ilə yoxlama matçında üz-üzə gələcək
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” 2 yoxlama oyunu keçirəcək.
"Mediasport" xəbər verir ki, "ağ-qırmızılar" sentyabrın 27-də, saat 16:00-da BOS-un ehtiyat meydanında “İmişli” ilə qarşılaşacaqlar.
Növbəti oyun isə oktyabrın 2-nə nəzərdə tutulub. Sparrinq-rəqib “Neftçi” olacaq.
Oyunun məkanı və yeri barədə əlavə məlumat veriləcək.

