Azərbaycan millisinin futbolçusu paytaxt klubunu tərk etdi - RƏSMİ

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökcü Finlandiyanın "Helsinki" klubundan ayrılıb.
"Mediasport" xəbər verir ki, tərəflər arasında müqavilə 26 yaşlı yarımmüdafiəçinin istəyi əsasında qarşılıqlı razılıqla pozulub.
Qeyd edək ki, vinger paytaxt təmsilçisinə mövsümün əvvəlində Niderlandın "Eyndhoven" klubundan keçmişdi.
O, "Helsinki"də 26 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldı.