Əliyar Ağayev UEFA Millətlər Liqasında baş hakim olacaq

Əliyar Ağayev UEFA Millətlər Liqasında baş hakim olacaq

FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq təyinatı alıb.

"Mediasport" xəbər verir ki, referi noyabrın 16-da UEFA Millətlər Liqasının qrup mərhələsinin Qazaxıstan - Slovakiya oyununun baş hakimi olacaq.

Ona yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcəklər.

VAR-da isə Nicat İsmayıllı işləyəcək.

Astana şəhərində yerləşən "Astana Arena"da reallaşacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.