Xviça Kvaratsxeliya postsovet məkanı tarixində ilkə imza atdı
PSJ-nin vingeri Xviça Kvaratsxeliyanın bazar dəyəri 140 milyon avro dəyərləndirilib.
"Mediasport" "Transfermarkt" portalına istinadən xəbər verir ki, gürcüstanlı postsovet məkanında bazar dəyəri 100 milyon avronu keçən ilk futbolçu statusuna sahib çıxıb.
Xviça həm də futbol üzrə Fransa çempionatının 3 ən bahalı futbolçusundan biridir (Vitinya və Joao Neveşlə birlikdə).
Kvaratsxeliya 2025/2026 mövsümündə Paris klubu ilə UEFA Çempionlar Liqasının və Liqa 1-in qalibi olub.
O, bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


