Millimiz Avropa çempionatında ardıcıl 2-ci qələbəsini qazandı

 Millimiz Avropa çempionatında ardıcıl 2-ci qələbəsini qazandı

Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi Avropa çempionatının B divizionunda 5-7-ci yerlər uğrunda növbəti oyununda qalib gəlib.

"Mediasport" xəbər verir ki, komandamız bu dəfə Kipr yığmasından güclü olub - 70:58.

Basketbolçularımız daha əvvəl Bosniya və Herseqovinanı məğlub etmişdilər (78:65).

Xatırladaq ki, yığmamız qrup mərhələsində Slovakiya (50:59) və İsveç (30:64) komandalarına uduzub.