"Ümid edirəm ki, millinin oyunları Qarabağda keçirilər" - VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası "Zəfər yolu" sosial layihəsi çərçivəsində işğaldan azad olunmuş torpaqlara - Füzuli və Şuşa şəhərlərinə səfər edib.
"Mediasport" xəbər verir ki, komanda Füzuli şəhər sakinləri ilə görüşüb, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb və şagirdləri ilə tanış olub.
Futbolçularla 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib.
Milli komanda daha sonra Şuşa qalasını, Cıdır düzünü də ziyarət edib.
Futbol üzrə qadınlardan ibarət millinin baş məşqçisi Siyasət Əsgərov və yığmanın üzvü Firəngiz Teymurova səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Çalışdırıcı millinin Qarabağ ərazisində matçlarının keçiriləcəyinə ümid etdiyini bildirib.
Səfərin əsas məqsədi qadın futbolunun nüfuzunun ictimaiyyət arasında artırılması və təbliğinin aparılmasını təmin etməkdir.