Millimiz dünya çempionatının oyunu üçün Fransaya yola düşdü

Millimiz dünya çempionatının oyunu üçün Fransaya yola düşdü

Oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası Paris şəhərinə yola düşüb.

"Mediasport" xəbər verir ki, yığmamızı səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşa başlayıb.

Komanda oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da matçın baş tutacağı “Park de Prens” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.