Millimizin sabiq futbolçusu keçmiş klubuna icarəyə verildi

Millimizin sabiq futbolçusu keçmiş klubuna icarəyə verildi

U-21 Azərbaycan millisinin futbolçusu Sadıq Bagiev Rusiyada klubunu dəyişib.

"Mediasport" xəbər verir ki, "Torpedo"nun 22 yaşlı yarımmüdafiəçisi növbəti mövsümü SKA-da keçirəcək.

Həmyerlimiz Xabarovsk təmsilçisinə icarəyə verilib.

Qeyd edək ki, dayaq yarımmüdafiəçisi 2026-cı ilin yanvarından "Torpedo"ya məhz SKA-dan transfer edilmişdi.