Azərbaycanlı müdafiəçi yeni mövsümə ehtiyatda başladı

Türkiyə 1-ci Liqasında yeni mövsümə start verilib.
"Mediasport" xəbər verir ki, milli komandamızın üzvü Sərtan Taşkının komandası "Serik Bələdiyyəspor" "İstanbulspor"la üz-üzə gəlib (0:0).
27 yaşlı sol cinah müdafiəçisi ehtiyatda qalıb.
Xatırladaq ki, Sərtan bu yay "Sumqayıt"dan ayrılıb və Türkiyə klubu ilə 1 illik müqavilə imzalayıb.