Millinin 7 üzvü seçmə mərhələ matçından sonra itkin düşdü

Millinin 7 üzvü seçmə mərhələ matçından sonra itkin düşdü

Eritreya milli komandası xoşagəlməz hadisə ilə üzləşib.

"Mediasport" xəbər verir ki, yığmanın yeddi futbolçusu itkin düşüb.

Olay Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Esvatini ilə oyundan sonra yaşanıb.

Cənubi Afrika Respublikasının ərazisində keçirilən qarşılaşmadan sonra adları açıqlanmayan futbolçular ölkəyə qayıtmayıblar.

Heç birindən məlumat ala bilməyən yerli federasiya axtarışların davam etdirildiyini açıqlayıb.

Xatırladaq ki, 2019-cu ilin dekabrından etibarən rəsmi və yoldaşlıq oyunları keçirməyən Eritreya millisi buna görə FİFA reytinqindən çıxarılıb.