Baş məşqçisi məktəb direktoru olan 1500 nəfərlik qəsəbənin komandası ölkə çempionu oldu

İsveç futbolunda inanılmaz rəsmiləşib.
"Mediasport" xəbər verir ki, "Myellbü" Allsvenskanda (Yüksək Liqa) mövsümün başa çatmasına 3 tur qalmış tarixində ilk dəfə çempion olub.
Bir neçə il əvvəl 3-cü Divizionda çıxış edən 1500 nəfər əhaliyə malik Hellevik qəsəbəsinin təmsilçisi ən yaxın izləyicisi "Hammarbü"nü azı 11 xal qabaqlamaqla tarixi nailiyyətə imza atıb.
Komanda 2018-ci ildə 3-cü Liqada oynayıb, 2019-cu ildə ikinci Liqanın qalibi olub.
Beləcə, klub 2026/2027-ci illər mövsümündə ölkəsini UEFA Çempionlar Liqasının təsnifat mərhələsində təmsil etmək şansı qazanıb.
Əsası 1939-cu ildə qoyulmuş "Myellbü" 2022/2023-cü illər mövsümündə İsveç Kubokunu əldə edib.
Baş məşqçisi Anders Torstenssonun eyni zamanda məktəb direktoru olduğu komanda daha əvvəllər Yüksək Liqada ən yaxşı halda 5-ci yeri tutmuşdu.