NAZİR: "Azərbaycan yığması Xankəndidə oynaya bilər" - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov "CBC Sport" telekanalında yayımlanan "Bizim İdman" verilişinin qonağı olub.
"Mediasport" xəbər verir ki, nazir Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlardan söz açıb və 28 sentyabr - 8 oktyabrda keçiriləcək 3-cü MDB Oyunları haqqında fikirlərini bölüşüb.
Fərid Qayıbov ölkəmizdəki yenidən tikilməkdə olan futbol stadionlarının durumu haqqında danışıb və Xankəndi şəhər stadionundakı yenidənqurma işlərinə toxunub.
O, qeyd edib ki, futbol üzrə Azərbaycan milli komandası Xankəndi stadionunda oynaya bilər.