"Queen & King of the Court Mixed" turnirində 40 komanda yarışacaq

"Queen & King of the Court Mixed" turnirində 40 komanda yarışacaq

Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik voleybolu üzrə "Queen & King of the Court Mixed" turnirində iştirak edəcək komanda sayı açıqlanıb.

Bu barədə "Mediasport"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Peşəkar və həvəskar voleybolçularun qatılacağı yarışda 40 komanda mübarizə aparacaq.

İyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq turnirdə yarışacaq komandaların hərəsində bir qadın və bir kişi voleybolçu yer alacaq.