Daha bir boksçumuz Avropa çempionatında finala çıxdı

 Daha bir boksçumuz Avropa çempionatında finala çıxdı

Azərbaycanın daha bir boksçusu Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında finala yüksəlib.

"Mediasport" xəbər verir ki, bu dəfə Bilalhəbaşi Nəzərov (50 kq) həlledici döyüşə vəsiqə qazanıb.

İdmançımız yarımfinalda rumıniyalı Lonut Razvan Panainteni məğlub edib.

Qeyd edək ki, daha əvvəl Banuçiçək Nəsirli (48 kq) də qızıl medal görüşünə vəsiqə qazanıb.