Nazirdən "Neftçi"yə dəstək - FOTO
Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
"Mediasport" xəbər verir ki, "Neftçi"nin Müşahidə Şurasının üzvü klubu loqosunu paylaşıb.
Əmrullayevin paylaşımını "ağ-qaralar"ın ötən gün Premyer Liqanın 28-ci turunun "Zirə" ilə səfər matçında mübahisəli qolla qələbəni əldən verməsi ilə əlaqələndirmək olar.
Xatırladaq ki, "Neftçi" 90+4-cü dəqiqədə buraxdığı qolun aşkar ofsayddan vurulduğuna etiraz edir.

