"Neftçi" 1-ci, "Qarabağ" 3-cü oldu

Azərbaycan Premyer Liqasının 29-cu turunun görüşlərini stadionlardan izləyən azarkeş sayı məlum olub.
"Mediasport" xəbər verir ki, ən çox azarkeş "Şamaxı"nın matçında qeydə alınıb.
"Neftçi" ilə Şamaxı Olimpiya Kompleksinin stadionunda baş tutan qarşılaşmanı 1500 tamaşaçı izləyib.
"Sabah" - "Kəpəz" oyununda arenada 1150 azarkeş olubsa, turun mərkəzi matçı - "Qarabağ" - "Zirə" duelində 800 izləyici yer alıb.
Premyer Liqa. 29-cu tur
"Şamaxı" - "Neftçi" 0:2 (1500 tamaşaçı)
"Sabah" – "Kəpəz" 0:1 (1149)
"Qarabağ" – "Zirə" 1:0 (800)
"Səbail" – "Turan Tovuz" 0:0 (750)
"Araz-Naxçıvan" – "Sumqayıt" 2:0 (400)