"Neçə illərdir danışırıq, problemlər yaxşılığa doğru dəyişmir"

"Neçə illərdir danışırıq, problemlər yaxşılığa doğru dəyişmir"

"Ümumən uşaq futbolu bizim yaralı yerimizdir. Gəlin gerçəyi deyək. Neçə illərdir danışırıq, amma problemlər hələ ki, mövcuddur və yaxşılığa doğru dəyişmir".

"Mediasport" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə “Sabahın Ulduzları” layihəsi çərçivəsində məlumatlandırma sessiyası və imza mərasimində iştirak edib.

O, uşaq futbolunda ciddi çatışmazlıqların olduğuna diqqət çəkib:

"Həqiqətən, böyük layihələr var. Biz Cahangir müəllimlə (AFFA-nın baş katibi Cahangir Fərəcullayev nəzərdə tutulur - red.) hər dəfə istəyirik ki, əsas milli komanda haqda söhbət edək.

Amma söhbətimizin 15-ci dəqiqəsindən sonra uşaq futboluna keçirik və görürük ki, artıq iki-üç saatdır uşaq futbolundan danışırıq. İnşallah, ümid edirəm ki, bu layihələr həyata keçəcək".