"Neftçi" 75 ildən sonra yenə "Spartak"ı Bakıda məğlub etdi

"Neftçi" 75 ildən sonra yenə "Spartak"ı Bakıda məğlub etdi

Tofiq Bəhramov adına Respublika stadionunun açılışının 75 illik yubileyi münasibətilə veteran futbolçular arasında yoldaşlıq oyunu təşkil olunub.

"Mediasport" xəbər verir ki, 1951-ci ildə olduğu kimi, bu dəfə də meydana “Neftçi” (Azərbaycan) və “Spartak” Vilnüs (Litva) komandalarının futbolçuları ayaq basıblar.

Veteranların görüşü meydan sahiblərinin 10:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakılların heyətində qolları Vəli Qasımov (4) , Mahmud Qurbanov (2), Kənan Kərimov, Alim Qurbanov, Emin Quliyev və Nadir Şükürov vurublar.

Komandalar sonda xatirə fotosu çəkdiriblər.