"Qarabağ" yoxlama matçında "Zirə"ni məğlub etdi - YENİLƏNDİ

"Qarabağ" yoxlama matçında "Zirə"ni məğlub etdi - YENİLƏNDİ

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qarabağ" yoxlama matçı keçirib.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası "Zirə" ilə üz-üzə gəlib.

"Azersun Arena"nın köməkçi meydançasında keçirilən qarşılaşma ağdamlıların qələbəsi ilə yekunlaşıb.

"Atlılar"ın qollarını Aleksey Kaşşuk (2) və Zakaria Savo vurublar.