"Turan Tovuz" "Fənərbağça"nın Bakıya gəlməsi üçün pul ödəyib

"Turan Tovuz" "Fənərbağça"nın Bakıya gəlməsi üçün pul ödəyib

“Turan Tovuz” "Fənərbağça"nı yoldaşlıq görüşü üçün Bakıya ödəniş qarşılığında gətirib.

"Mediasport" xəbər verir ki, bu barədə türkiyəli jurnalist Emre Bol məlumat yayıb.

O, matçla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Turan Tovuz” oyunu üçün Bakıya getməyə nə ehtiyac var idi deyirdim. Ancaq “Fənərbağça” bunun üçün pul alıbmış. Ona görə də fikrimi dəyişdim”.

Tovuzluların İstanbul klubunun bütün xərclərini (gəliş-gediş, otel və s.) qarşıladığı bildirilir.

Xatırladaq ki, qalmaqalla baş tutan matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.