“Neftçi” “Spartak”a qarşı: 75 ildən sonra yenidən Bakıda üz-üzə

“Neftçi” “Spartak”a qarşı: 75 ildən sonra yenidən Bakıda üz-üzə

Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq görüşü keçiriləcək.

Gənclər və İdman Nazirliyindən "Mediasport"a verilən məlumata görə, matç “Neftçi” (Azərbaycan) ilə “Spartak” (Vilnüs, Litva) veteranları arasında baş tutacaq.

Oktyabrın 4-də reallaşacaq qarşılaşma saat 12:00-da başlanacaq.

Xatırladaq ki, 1951-ci ildə stadionun açılışında məhz bu iki komanda üz-üzə gəlib.