"Turan Tovuz" mərkəzi arenada "Fənərbağça" ilə qarşılaşır
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən "Turan Tovuz" bu gün yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
"Mediasport" xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.

