Kənddə yeni stadion inşa edildi, İcra başçısı arena ilə tanış oldu

Kənddə yeni stadion inşa edildi, İcra başçısı arena ilə tanış oldu

Sabirabad rayonunun Bulaqlı kəndində yeni stadion inşa edilib.

"Mediasport" xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Sirqaəddin Cabbarov stadionda görülən işlərlə tanış olub.

"Marafon" İdman Klubunun fəxri prezidenti Vüsal Xəlilov tərəfindən stadionda görülmüş işlər, yaradılan infrastruktur, eləcə də qarşıdakı mərhələdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Bildirilib ki, layihənin əsas məqsədlərindən biri rayonda idman infrastrukturunun inkişafına töhfə vermək, futbolun kütləviliyini artırmaq, xüsusilə uşaq və yeniyetmələrin idmana marağını gücləndirmək, onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır.

Stadionun gələcək fəaliyyəti, burada futbolun inkişafı istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələr və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Marafaon" FK bu mövsüm Azərbaycan 2-ci Liqasında mübarizə aparır.