"Neftçi" azarkeşlərini İstanbula göndərəcək - YENİ KAMPANİYA

"Neftçi" azarkeşlərini İstanbula göndərəcək - YENİ KAMPANİYA

“Neftçi” azarkeşləri üçün sürpriz hazırlayıb.

Bu barədə "Mediasport"a paytaxt klubundan məlumat verilib.

Bildirilib ki, "Sabah"la ev oyununa gələcək azarkeşlərdən biri İstanbula səfər bileti qazanacaq:

“İstanbuldan gələn yox, İstanbula gedən olacaq! “Aerowingo”dan azarkeşlərimizə İstanbul bileti!

9 oktyabrda “Sabah”la ev oyunumuza onlayn bilet alıb biletini stadionun girişində skan edərək, matçda iştirak edən azarkeşlərdən biri İstanbula aviabilet qazanacaq".

Qeyd edilib ki, bu, yeni kampaniyanın başlanğıcıdır:

"İlin sonunadək isə hər 3-cü ev oyununda bir azarkeşimiz aviabilet qazanmaq şansı əldə edəcək.

Növbəti aviabilet üçün iştirakçı ardıcıl 3 ev oyununa onlayn bilet almalıdır və biletlərini stadionun girişində skan edərək, hər 3 matçda iştirak etməlidir.

Qalib 3-cü oyunun ilk hissəsinin gedişində bütün şərtləri yerinə yetirən iştirakçılar arasından təsadüfi şəkildə seçiləcək.

Şəffaflığın təmin olunması üçün qalibin seçilmə prosesinin videosu sosial şəbəkələrimizin hekayə bölməsində paylaşılacaq.

Qalib olan şəxsə hədiyyə oyunun fasiləsində, bütün azarkeşlərin gözü qarşısında meydanda təqdim ediləcək".

Xatırladaq ki, müsabiqədə yalnız onlayn bilet alan azarkeşlər iştirak edə bilərlər.

Onlayn biletləri: bilet.neftchi.az saytından və  “Neftçi" PFK mobil tətbiqindən əldə etmək mümkündür.