"Sabah" Çempionlar Liqasında Almaniya klubuna qalib gəldi

 "Sabah" Çempionlar Liqasında Almaniya klubuna qalib gəldi

"Sabah" basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan təmsilçimiz Almaniyanın "Porşe BBA Lüdviqsburq" kollektivi ilə qarşılaşıb.

Dünən Bosniya və Herseqovinanın "İqokea" klubuna 58:88 hesabı ilə uduzan "bayquşlar" bu dəfə qələbə qazanıblar - 72:61.

Reqlamentə əsasən, qrup qalibi yarımfinala yüksələcək.

İkinci yeri tutanlar 5-8-ci, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.