Azərbaycan Basketbol Liqasında 4-cü turun 3 görüşü keçirildi
Azərbaycan Basketbol Liqasında 4-cü tur start götürüb.
"Mediasport" xəbər verir ki, A qrupunda bir, B qruplunda iki görüş matç keçirilib.
A qrupunun oyununda son çempion "Sabah" "Gəncə"ni əliboş yola salıb - 87:68.
B qrupunda isə "Sumqayıt" səfərdə "Ordu"ya böyük hesabla (81:116) uduzub, "Lənkəran" "Quba"ya qalib (102:87) gəlib.
Turun "Sərhədçi" - "Naxçıvan" və "Neftçi" - "Abşeron Lions" duelləri bu gün, "Şəki" - NTD qarşılaşması sabah baş tutacaq.
