"Neftçi" bir qvineyalı və iki nigeriyalı transfer etdi - RƏSMİ
"Neftçi" heyətini 3 yeni leguionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.
Hər üç futbolçu əvəzedici komandada forma geyinəcək.
Anlaşmaya əsasən, bu oyunçularla müqavilə daha 2 il müddətinə artırıla bilər.
Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub.
18 yaşlı İstifanus bunadək Nigeriyanın “Brod Siti”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.
