"Neftçi"dən yeni transfer - Rumınla anlaşmanın DETALLARI açıqlandı

"Neftçi"dən yeni transfer - Rumınla anlaşmanın DETALLARI açıqlandı

Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən "Neftçi” növbəti transferini rəsmiləşdirib.

"Mediasport" xəbər verir ki, paytaxt klubu rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostinlə anlaşıb.

27 yaşlı futbolçu ilə "1+1" illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub. O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.