Rövlan Muradov əməliyyat olundu
“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.
"Mediasport" xəbər verir ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb.
Əməliyyatı uğurla keçən futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.
