"Neftçi" çempionluğu "Sabah"a təslim etdi, "Turan Tovuz" 3-cü oldu

"Neftçi" çempionluğu "Sabah"a təslim etdi, "Turan Tovuz" 3-cü oldu

Əvəzedicilər Liqasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, çempionun adına sonuncu - 36-cı turda aydınlıq gətirilib.

Çempionluğun bir addımlığında olan və hesabda 2 top fərqilə önə çıxan "Neftçi" qızıl medalları "Sabah"a təslim edib - 2:2.

Hər iki kollektiv 69 xal toplayıb və daha yaxşı göstəricilərə görə çempionluq Masazır təmsilçisinə qismət olub.

"Turan Tovuz" mövsümü üçüncü pillədə başa vurub.