Rəvan Həmzəzadə "qara siyahı"da? - Əvəzedicilər Liqasına göndərildi

Rəvan Həmzəzadə "qara siyahı"da? - Əvəzedicilər Liqasına göndərildi

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilmiş "Qarabağ" - "Araz-Naxçıvan" matçında verdiyi qərarlarla müzakirə mövzusuna çevrilmiş Rəvan Həmzəzadə Əvəzedicilər Liqasına göndərilib.

"Mediasport" xəbər verir ki, referi 32-ci turun "Kəpəz-2" - "Zirə-2" görüşündə baş hakim olacaq.

Aprelin 27-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq matçda Həmzəzadənin köməkçiləri funksiyasını Cəmil Quliyev, Səbuhi Soltanov və Namiq Bəkirov yerinə yetirəcək.

Qarşılaşma 16:00 başlanacaq.