"Neftçi"dən keçmiş futbolçusu və məşqçisinin səhhətilə bağlı AÇIQLAMA
"Neftçi" Peşəkar Futbol Klubu olaraq, Kamal Quliyevin müayinə, müalicə və xəstəxanada yatırılmasına, müalicə xərclərinin qarşılanmasına yardımçı olmağa hazırıq".
Bu sözləri "Mediasport"a açıqlamasında "Neftçi"nin Mətbuat katibi Asəf Zeynallı deyib.
Klub rəsmisi veteran futbolçunun sağlamlığı ilə bağlı yaranmış problemdən xəbərdar olduqlarını açıqlayıb:
"Sabiq futbolçumuz və məşqçimiz Kamal Quliyevin səhhəti ilə bağlı məlumatımız var. Allahdan ona şəfa diləyirik, tez bir zamanda sağalmasını arzu edirik. "Neftçi" olaraq, əlimizdən gələn köməkliyi etməyə hazırıq".
Xatırladaq ki, Azərbaycan milli komandası və "Neftçi"nin keçmiş futbolçusu, "ağ-qaralar"da məşqçi işləmiş mütəxəssis bugünlərdə videomüraciət yayaraq futbol ictimaiyyətindən kömək istəmişdi.
