"Qarabağ" Portuqaliya klubunun müdafiəçisinə təklif göndərdi
Portuqaliyanın "Kaza Pia" klubunun futbolçusu Joau Qulart karyerasını Azərbaycanda davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, bu barədə nüfuzlu "Transfermarkt" portalı məlumat yayıb.
Mərkəz müdafiəçisi ilə "Qarabağ"ın maraqlandığını qeyd olunub.
Bildirilib ki, Ağdam təmsilçisi 26 yaşlı portuqaliyalı üçün qarşı tərəfə ilkin təklif göndərib.
Məlumatda "Kaza Pia"nın Qulartı 1,5 milyon avroya buraxmağa hazır olduğunu da yer alıb.
Qeyd edək ki, 2024-cü ilin yayından "Kaza Pia"da forma geyinən müdafiəçi Portuqaliyanın U-18 millisində çıxış edib.
O, cari mövsüm 22 oyun keçirib, 1 qol vurub.
