Sumqayıt stadionunda yenidən Konfrans Liqası matçları olacaq

Sumqayıt stadionunda yenidən Konfrans Liqası matçları olacaq

Növbəti dəfə Belarus klubu avrokubok oyunlarını Azərbaycanda keçirəcək.

"Mediasport" xəbər verir ki, bu dəfə Mehdi Hüseynzadə adına Sumqayıt stadionuna BATE ev sahibliyi edəcək.

Minsk təmsilçisi UEFA-ya təqdim etdiyi ərizədə Avropa Konfrans Lqiasının 1-ci təsnifat mərhələsinin ev matçında Sumqayıtın mərkəzi arenasını göstərib.

Raundun püşkatması iyunun 16-da baş tutacaq. Oyunlar iyulun 9-u və 16-da keçiriləcək. BATE səpələnmişlər səbətində yer alacaq.

Xatırladaq ki, Belarus klubları artıq bir neçə mövsümdür ilkin raundda ev görüşlərini Bakı ("Azərsun Arena") və Sumqayıtda oynayırlar.