İdmançılarımız Brestdə beynəlxalq turnirdə iki medal qazandılar
Azərbaycanın kamandan oxatma növü üzrə idmançıları Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz beynəlxalq turnirdə iki medal qazanıblar.
Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xalı toplayaraq gümüş medal qazanıb.
Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət heyət qızların komanda yarışında bürünc medala sahib olublar.


