9-cu “Bakı Marafonu” keçirildi

 9-cu “Bakı Marafonu” keçirildi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında növbəti dəfə “Bakı Marafonu–2026” təşkil edilib.

"Mediasport" xəbər verir ki, 2016-cı ildən etibarən ənənəvi olaraq keçirilən marafona bu dəfə 25 minədək iştirakçı qeydiyyatdan keçib.

Sayca 9-cu dəfə baş tutan “Bakı Marafonu” ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunub.

İştirakçılar Dövlət Bayrağı Meydanından start götürərək Dənizkənarı Bulvar, Bakı Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, BAKU Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolu (Bilgəh–Pirşağı şosesi) istiqamətində davam edərək “Sea Breeze” ərazisində finiş ediblər.

Kişilər arasında Əhməd Alkanoğlu (Türkiyə) finişə birinci çatıb. Vitaliy Şafar (Ukrayna) yarışı ikinci, Yrskeldi Akerov (Qırğızıstan) üçüncü olublar.

Qadınların mübarizəsində Yelena Tolstıx (Rusiya) birinci, Anna Yusupova (Azərbaycan) ikinci, Şirin Akimbay (Qazaxıstan) isə üçüncü yeri tutublar.