"Neftçi" Sakonun keçidi üçün Fransa klubu ilə danışıqlara başladı

“Neftçi” heyətini daha bir legionerlə gücləndirməyə yaxındır.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Fransanın "Monpelye" klubunda oynayan Falaye Sako ilə danışıqlar aparırlar.
2018-ci ildən dəvət aldığı Mali milli komandasında 40 oyun keçirmiş sağ cinah müdafiəçisi bugünlərdə yekun qərarını verəcək.
Ötən mövsüm "Moneplye"nin heyətində Fransa Liqa 1-də 15 matçda meydana çıxmış futbolçunun klubu ilə anlaşması gələn il iyunun 30-na qədərdir.
Keçid baş tutsa, Bakı təmsilçisi fransalılara kompensasiya ödəyəcək.
Nüfuzlu "Transfermarkt" portalı afrikalının dəyərini 1,5 milyon avro qiymətləndirib.
30 yaşlı Sako Fransada daha əvvəl "Sent Etyenn"in şəfərini qoruyub.