"Kəpəz"i yanvardan sonra nə gözləyir? - Azər Bağırov VƏD verdi
"İnanıram ki, yanvardan sonra daha yaxşı çıxış edərək azarkeşləri sevindərəcəyik. Məqsədimiz Premyer Liqada daha yuxarı pillələrə qalxmaqla mövqeyimizi möhkəmləndirməkdir".
Bunu "Mediasport"a açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Çempionatın geridə qalan hissəsi haqda danışan mütəxəssis qarşıdakı müddətdə gəncəli azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib:
"Mən azarkeşlərin nə istədiklərini bilirəm. Hazərda nəticələr tam ürəyimiz istəyən kimi olmasa da, səbəbləri var. Bu haqda uzun-uzadı danışmaq istəmirəm.
Əminəm ki, fasilədə ehtiyat qüvvəmizi gücləndirməklə bacardığımızı ortaya qoyub sonadək inamla mübarizə aparacağıq.
"Kəpəz" azarkeşlərinə onu deyə bilərəm ki, komanda onların istədiyi oyunu nümayiş etdirməkdən çəkinməyəcək".
Xatırladaq ki, turnir cədvəlində "Karvan-Yevlax" və "Qəbələ"ni qabaqlayan "Kəpəz" qış fasiləsinə 9 xalla 10-cu pillədə yollanıb.
