"Neftçi" və Abşeron klublarının avrokubok rəqibləri müəyyənləşdi

Almaniyanın paytaxtı Münhendə FİBA Avropa Kuboku yarışlarının müntəzəm mövsümünün püşkatma mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, avrokuboklarda yarışacaq Azərbaycan klubları - "Abşeron Lions" və "Neftçi"nin də rəqibləri müəyyənləşib.
Azərbaycan çempionatının gümüş medalçısı "Neftçi" I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.
Mövsümü 4-cü sırada başa vurmuş Abşeron təmsilçisi isə təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq. Cütün qalibi H qrupunda "Kasademon" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Birs" (Danimarka) klubları ilə mübarizəni davam etdirəcək.
Təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda baş tutacaq. Müntəzəm mövsümün matçlarının tarixi sonra açıqlanacaq.