"Neftçi"dən göndərilən Roman Qriqorçuk yenidən işsiz qaldı

Mövsümün əvvəlində "Neftçi"dən göndərilən Roman Qriqorçuk yenidən işsiz qalıb.
"Mediasport" xəbər verir ki, ukraynalı mütəxəssis vətənində baş məşqçisi olduğu LNZ klubundan da istefaya göndərilib.
60 yaşlı çalışdırıcının Çerkası təmsilçisində fəaliyyəti 5 ay çəkib. Tərəflər müqaviləni qarşılıqlı razılıqla pozublar.
LNZ-ni meydana çıxardığı 13 matçın cəmi 2-də qələbə qazanmış Qriqorçuk 6 heç-heçə və 5 məğubiyyətlə komandanı Premyer Liqada saxlasa da, işi rəhbərliyi qane etməyib.
Klub 16 komandalı liqada mövsümü 31 xalla 12-ci pillədə başa vurub.
Vaxtilə "Qəbələ"ni UEFA Avropa Liqasının qruplarına daşımız Qriqorçuk ötən ilin iyununda baş məşqçi təyin edildiyi "Neftçi" ilə keçirdiyi 9 oyunun heç birində qalib gəlmədiyi üçün işini itirmşdi.