Mirça Luçesku istefaya göndərildi
Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçeskunu istefaya göndərib.
"Mediasport" xəbər verir ki, 80 yaşlı mütəxəssislə yollar uğursuz nəticələrə görə vaxtından əvvəl ayrılıb.
Xatırladaq ki, rumınlar DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalında Türkiyə yığmasına uduzaraq mundiala yollanmaq şanslarını itiriblər.
Millidə 1981-1986-cı illərdə də çalışmış Luçeskunun qayıdışı 2024-cü ildə baş tutmuşdu.
