Yaponiyanın 4 qol vurduğu Tunis millisi pley-offa yüksələ bilmədi

Yaponiyanın 4 qol vurduğu Tunis millisi pley-offa yüksələ bilmədi

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyində futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Yaponiya milli komandası Tunis yığmasını 4 cavabsız qolla üstələyib.

Nəticədə, Haiti və Türkiyədən sonra ardıcıl 2 matçda uduzan Tunis də növbəti mərhələyə yüksəlmək şansını itirib və mundialla vidalaşıb.

F qrupunun digər matçında Niderland İsveçi darmadağın edib (5:1).

DÇ-2026. 2-ci tur

F qrupu

Tunis - Yaponiya 0:4

Xal durumu: Niderland - 4 xal, Yaponiya - 4 xal, İsveç - 3 xal, Tunis - 0 xal