"Neftçi"nin bombardiri "Şamaxı"ya keçdi - İki illik müqaviləyə qol çəkdi

"Neftçi"də ayrılıq reallaşıb.
"Mediasport"a verilən məlumata görə, paytaxt təmsilçisi anlaşması başa çatan gənc hücumçu Həbib İsmayılovla vidalaşıb.
22 yaşlı forvard karyerasını "Şamaxı"da davam etdirəcək.
Əsasən B komandasında forma geyinən Həbib bölgə təmsilçisi ilə iki illik müqaviləyə qol çəkib.
Cinah vingeri kimi də oynayan İsmayılov başa çatan mövsümdə 22 matçda 15 qolla komandasının bombardiri olub.