"Neftçi"nin rəqibləri müəyyənləşdi

"Neftçi"nin rəqibləri müəyyənləşdi

"Neftçi"nin Sloveniyada təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" sabah iyulun 2-də ÇFR (Kluj, Rumıniya), 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də "Osiyek" (Xorvatiya) klubları ilə qarşılaşacaq.

Bütün matçlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) başlanacaq.