"Neftçi"yə faydalı olmaq üçün gəlmişəm" - Vensan Abubakar
"Öncə komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm ki, Bakıya gəldiyim gündən bu yana mənə çox isti münasibət göstərirlər".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Vensan Abubakar deyib.
Azərbaycan Premyer Liqasının 9-cu turunun "Qəbələ" ilə matçında debütünü qolla qeyd edən Kamerun yığmasının hücumçusu matçdan sonra klubun mətbuat xidmətinə təəssüratlarını bölüşüb:
"Məni öz ailə üzvləri kimi qarşıladılar. Bu hal futbolçunun yüksək motivasiyası üçün önəmlidir. "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm. Komanda yoldaşlarımla gücümüzü birləşdirsək, yaxşı işlər görə bilərik".
Xatırladaq ki, forvard "ağ-qaralar"ın 2:0 hesabı ilə qalib gəldikləri matçda bir qol vurub, bir məhsuldar ötürmə edib.
