"Sumqayıt"ın 6 ay əvvəl gətirdiyi futbolçu gəldiyi kluba qayıtdı

 "Sumqayıt"ın 6 ay əvvəl gətirdiyi futbolçu gəldiyi kluba qayıtdı

"Sumqayıt"da ayrılıq qeydə alınıb.

"Mediasport" xəbər verir ki, Saşa İliçin komandası Pedro Pinto ilə vidalaşıb.

Portuqaliyalı müdafiəçi karyerasını Anqolanın "Atletiko Petro" komandasında davam etdirəcək.

Tərəflər bu barədə razılıq əldə ediblər.

Xatırladaq ki, Pinto 2025-ci il iyulun 10-da "gənclik şəhəri" təmsilçisinə məhz "Atletiko Petro" gəlmişdi.