Tanınmış siyasətçi Diniyevi təriflədi: "Hamını heyran etdi"

Tanınmış siyasətçi Diniyevi təriflədi: "Hamını heyran etdi"

“Coşqun Diniyev hamını heyran etdi. Bu, havanın bütün futbolçular üçün çətin şərait yaratdığı görüş idi".

Mediasport.com.az xəbər verir ki, bu sözləri Türkiyənin 1-ci Liqa klubu “Çorum”un fəxri prezidenti Muhsin Dere deyib.

Çorum bələdiyyəsinin sədri Azərbaycan millisinin futbolçusunun 24-cü turda "Yeni Malatyaspor"a vurduğu qollardan danışıb.

30 saylı yarımmüdafiəçi haqda xoş sözlər işləddən tanınmış siyasətçi 2:0 hesablı qələbənin davamlı olacağını qeyd edib.

Xatırladaq ki, Diniyevin bir neçə gün əvvəl 1.5 illik müqavilə bağladığı “Çorum” 38 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.