Avrokuboklarda bütün oyunlar 1 dəqiqəlik sükutla başlanacaq

 Avrokuboklarda bütün oyunlar 1 dəqiqəlik sükutla başlanacaq

Bu həftə UEFA-nın bayrağı altında keçiriləcək yarışlarda - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında bütün oyunlar 1 dəqiqəlik sükutla başlanacaq.

"Mediasport" xəbər verir ki, bu barədə Avropa futbol təşkilatı qərar çıxarıb.

Bütün görüşlərin əvvəlində bu gün xəstəxanada vəfat edən İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Migelin xatirəsi yad ediləcək.

Xatırladaq ki, 30 yaşlı forvard Sequndanın "Andorra" ilə 12-ci tur oyununda rəqib qapıçı ilə toqquşmadan sonra ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilsə də, həkimlər həyatını xilas edə bilməyiblər.